Kateqoriyasız

Rəşad Sadiqov: “Oyunlara baxanda adam peşman olur” (MÜSAHİBƏ)

“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov İdmanxeber.com-a müsahibə verib.


– Məğlub oldunuz. Ancaq qol imkanlarınız da var idi. Səncə, hesabı “Qəbələ” açsaydı necə olardı?
– Ola bilərdi ki, başqa cür oyun alınardı. Çünki “Borussiya” ilə oyunda da bu cür olmuşdu. 2-3 qol vəziyyələri öncə bizdən gəldi. Sadəcə bəxtimiz gətirmədi. Bu gün də “Krasnodar” yaratdığımız təhlükəli epizodlardan sonra sanki ayıldılar. Bir az bizim futbolçularda yorğunluq görünrüdü. Məğlubiyyət bəlkə də bir az bununla bağlı idi.


– Dedin ki, “Borussiya” ilə oyundada eyni ssenari oldu. Nə çatmadı bu iki oyunlarda ki, “Qəbələ” qalib gəlsin?
– Yəqin ki, təcrübəmiz çatmadı. Çünki ilk dəfədi qrupda oynayırıq. BU cür rəqiblərə qarşı isə oynamamışdıq. Yorğunluq da var idi, deyə belə alındı. Neçə vaxtdı ki, ardıcıl oyunlar oynayırıq. Komanda bir az yorğun idi.

 

– “Krasnodar”la səfərdə daha yaxşı oynamışdız. Yəqin ki, həmin “Krasnodar”ı səfərdə uda bilmədiyinizə görə çox təəssüflənirsiz..
– Çox oyunlara baxanda adam peşman olur. Amma indi bunun fərqi yoxdu. Düzdü, Rusiyada bundan da yaxşı futbol sərgiləmişdik. Qollarımızı da saymamışdı hakimılər briqadası. Dirəklər də olmuşdu. Rusiyada bəxtimiz gətirməmişdi. Ancaq burada uduzduq və çox üzülürük.

 

– Çıxışınızın davamı gələn illərdə də gələcək?
– İnşallah ki davamlı olar. Çünki bir dəfə qrupa düşüb, sonra avrokuboklardan kənarda qalmaq pis görünər. Rəhbərliyin yaratdığı bu cür yüksək şəraitlə komanda hər il qrupoda oynamalıdı. Davamlı olmasa da, heç olmasa bir ildən bir komanda qrupa düşməlidi. “Qəbələ” ən azından bu il təcrübə topladı. İkinci ilində qrupa düşmək əla nəticədi. Bəli, qrupda yaxşı nəticə qazana bilmədik. Amma yenə də təcrübəmiz oldu və gələcəkdə bu bizə kömək olacaq.


– Həmin vaxt sən komandada olacaqsan? Mətbuatda “Qəbələ”dən göndəriləcəyin deyilir…
– Həmin xəbərləri oxuyanda bir az təəccübləndim. Rəhbərliklə də danışdım, mənim müqaviləm yaya kimidi. Amma mətbuatda yazılmışdı ki,guya müqaviləm başa çatıb. Bunları oxuyanda çox pis oldum. Yazmışdılar göndərilir. Özüm də şoka düşdüm. Çünki müqaviləm ola-ola mətbuatda yazılır ki, komandadan göndərilirəm. Bilib yazmaq daha yaxşı olardı. Yaya kimi komandadayam, yaydan sonra necə olacaq zaman göstərər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43