Milli komanda

Rəşad Sadıqov: “Sistemimizdə dəyişiklik var”

“Prosineçki gələndən sonra hücum futbolunu oynadır. Sistemimizdə dəyişiklik var. Daha çox top saxlamağa çalışırıq. Kombinasiyalı hücumlar qurmağa cəhd edirik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.

Milli komandamız AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün Norveçin qonağı olacaq. Oyunöncəsi mətbat konfransında iştirak edən Sadıqov Bakıya sərfəli nəticə ilə qayıtmağa çalışacaqlarını bildirib:

“Çalışacağıq ki, yumruq kimi birləşək. Rəqibin heyətində Edeqor kimi oyunçu var. Xoşlayır ki, mərkəzə girib, ara pasları ilə hücumları qursun. Başa düşürük ki, asan olmayacaq. Rəqib qrupda 3-cü yeri tutmaq istəyir. İnşallah, çalışacağıq ki, burdan istədiyimiz nəticə ilə qayıdaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43