Kateqoriyasız

“Xəzər Lənkəran” 4 futbolçusu ilə müqaviləni yenilədi

“Xəzər Lənkəran” bir sıra futbolçusu  ilə müqaviləni uzadıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Kazım Kazımlı, Tərlan Qasımzadə, Elvin Mirzəyev və Elşən Rzazadə növbəti 3 il müddətinə yeni sözləşmələrə imza atıblar.

Qeyd edək ki, adıçəkilən futbolçuların hər biri klubun yetirməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43