Dünya futbolu

Rəşad Sadıqov UEFA-nın TOP-5-liyinə düşdü

Avrokubokların təsnifat mərhələsində ən çox oyun keçirən futbolçular müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA avrokubokların təsnifat mərhələlərində ən çox oyun keçirən futbolçular siyahısına düşüb. Bu haqda UEFA-nın rəsmi saytı yayıb.

Siyahıya Saşa İliç (“Partizan”, “Qalatasaray”, “Zalsburq”, 69 oyun) başçılıq edir. 2-ci yerdə Kostas Xaralambides (APOEL, “Panatinaikos”, AEK Larnaka, 57 oyun) qərarlaşıb.

Rəşad Sadıqov “Neftçi”, “Kayserispor” (Türkiyə) və “Qarabağ”ın heyətində avrokubok matçlarının seçmə mərhələlərində 55 oyun keçirib. Bu göstərici ilə Sadıqov UEFA-nın tərtib etdiyi siyahıda Vitali Rodionovla (BATE) birgə 3-4-cü yerləri bölüşdürüb. 5-ci yerdə 52 oyunla Stefan İşizaki (AİK, “Elfsborq”, “Volerenqa”) qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43