Ölkə futbolu

Rəşad Sadıqova diplom verildi – FOTO

Bu gün AFFA-nın inzibati binasında UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom təqdim olunub.

İdmanxeber.com-un məlumatına görə, baş katib Elxan Məmmədov tədbirdə çıxış edərək məşqçiləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, diplom alanlar arasında “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da olub. 

Xatırladaq ki, o, hal-hazırda “Qarabağ”ın U-19 komandasının başməşqçisi vəzifəsində çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43