Kateqoriyasız

Respublika stadionunda anormallıq: “Partizan”ın himnini səsləndirdilər

Avroliqanın pley-off mərhələsinin cavab oyunu çərçivəsində az sonra başlayacaq “Neftçi” – “Partizan” öncəsi  stadionda Serbiya təmsilçisinin himni səsləndirilir.

İdmanxeber.com-un əməkdaşının verdiyi məlumata görə, “Partizan”ın himnindən əlavə serb azərkeşlərin səsi olan musiqi çarxı da Tofiq Bəhramov adına Respublika stadionunda səslənir.

Yəqin ki, “Neftçi” rəhbərliyi dünən azərkeşlərin serblərə qarşı etdiyi hərəkətlərə görə, bu yolla üzrxahlıq etmək fikrinə düşüb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43