Kateqoriyasız

Respublika stadionunda haqsızlıq

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində dünən keçirilən “Qarabağ” – “Tvente” matçının başlamasına az müddət qalmış 200-ə yaxın azarkeş 5, 6 və 7 sektorların qapısı arxasında gözləməli olub.

İdmanxeber.com-un məlumatına görə, sözügedən tribunaların dolması nəticəsində bu sektorlara bilet alan azarkeşlər 15 dəqiqədən sonra 12-ci sektora buraxılıblar. Həmin sektorda buraxılan fanatlar 30 dəqiqə matçı ayaqüstə izləməli olublar. Yalnız matçın ilk hissəsi bitdikdən sonra fasilədə azarkeşlər özlərinə oturmağa bir yer tapa biliblər.

Əldə etdiyimiz məlumata görə, “qara bazar”da satışa çıxarılan biletlərin bir qismi saxta olub. Məhz bu səbəbdən saxta bilet alan və stadiona öncədən gələn fanatlar həqiqi bilet alan azarkeşlərin yerlərində əyləşiblər. Bundan sonra həmin sektorlarda boş yer olmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43