Ölkə futbolu

“Rəvan” “Bursaspor”la qarşılaşacaq

“Rəvan”ın U-12 komandası Türkiyənin İzmir şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, yarış 29-30 yanvar tarixində keçiriləcək.

Yarışda Türkiyənin “Altınordu”, “Beşiktaş”, “Qalatasaray”, “Bursaspor” və Danimarkanın “Nordşelland” klublarının uşaq komandaları da iştirak edəcək. Açılış oyununda “Rəvan” və “Bursaspor” qarşılaşacaq. Qeyd edək ki, bu oyun yanvarın 29-u, saat 11:00-da baş tutacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43