Ölkə futbolu

“Rəvan” da başlayır: Öncə AZAL, sonra “Sumqayıt”

Birinci divizionda oynayacağı dəqiqləşən “Rəvan” təlimn-məşq toplantısına start verir.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, “aslanlar” bu gün saat 17:00-da “Bayıl Arena”da ilk məşqinə çıxacaq.

Azərbaycanda hazırlığını keçəcək “Rəvan” bu müddət ərzində iki yoxlama matçında da qüvvəsini sınayacaq.

Belə ki, “sarı-qırmızılılar” öncə AZAL (iyulun 5-də), sonra isə “Sumqayıt”la (iyulun 12-də) qarşılaşacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43