Kateqoriyasız

“Dnepr”in futbolçusu “Xəzər Lənkəran”ın düşərgəsində

Türkiyənin Ərzurum bölgəsində hazırlıqlara start verən “Xəzər Lənkəran” baxışa bir futbolçu dəvət edib.

İdmanxeber.com-un məlumatına görə,  “ağ-yaşıllar” Ukraynanın “Dnepr” klubundan 20 yaşlı hücumçu Bayram Budaqovu düşərgəyə çağırıb.

Baş məşqçi Oğuz Çətin futbolçunu bəyənərsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Bayram Budaqov Azərbaycan U-19 milli komandasının üzvü olub. Lakin o, sonradan yığma komandamıza dəvət almayıb. Hazırda Budaqov U-21 milli komandamızda oynamalı olsa da, baş məşqçi Bernard Lippert onu heyətə çağırmır.

“12cioyuncu.info”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43