Milli komanda

İtaliya – Azərbaycan matçının keçiriləcəyi stadion müəyyənləşdi

Azərbaycan milli komandasının Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu il oktyabrın 10-də keçiriləcək İtaliya – Azərbaycan oyunu Palermo şəhərindəki “Comunale Renzo Barbera” stadionunda təşkil olunacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43