Ölkə futbolu

“Rəvan” kuboka hazırlaşır

Azərbaycan kubokunda 1/8 final mərhələsində I divizion təmsilçisi “Qaradağ Lökbatan” ilə qarşılaşacaq “Rəvan” bu oyunun hazırlıqlarını “Bayıl Arena”da davam etdirir.

Klubun saytına istinadən verdiyimiz məlumata görə,bBaş məşqçi Şahin Diniyev futbolçularına taktiki-texniki hazırlıq keçib. Məşqlərdə Elvin Həsənəliyev və Tofiq Mikayılovdan başqa, hamı iştirak edib.

“Qəbələ” ilə Topaz Premyer Liqasının son oyununda zədələnərək əvəzlənən Novruz Məmmədovun durumu da qənaətbəxşdir. Onun oyun saatına qədər tam sıraya dönməsi gözlənilir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43