Kateqoriyasız

“Rəvan” – “Sumqayıt” matçında biabırçılıq

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com xəbər verir ki, iclasda aşağıyaş qrupları üzrə mübarizə aparan komandalar da cəzalanıb.

1 fevral 2016-cı il Bakcell U-17 Liqasının “Neftçi” – “Turan” matçının 88-ci dəqiqəsində “Neftçi” klubunun 2 №-li futbolçusu Cəfər Şahməmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır.

1 fevral 2016-cı il Bakcell U-17 Liqasının “Rəvan” – “Sumqayıt” matçının 83-cü dəqiqəsində “Sumqayıt” klubunun 11 №-li futbolçusu Asif Hacıyev və  “Rəvan” klubunun 10 №-li futbolçusu Sənan İbrahimov bir-birini təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki  futbolçu 3 oyunluq cəzalanır.

8 fevral 2016-cı il Bakcell U-17 Liqasının “Turan” – “Bakı” matçında “Bakı” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

4 fevral 2016-cı il U-16 Liqasında “İnter” – AZAL matçının 75-ci dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Ənvər Cavadov və “İnter” klubunun 9 №-li futbolçusu Ramil Camalov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyunluq cəzalanır.

4 fevral 2016-cı il U-16 Liqasında “Zirə” – “Xəzər Lənkəran” matçının 58-ci dəqiqəsində “Zirə” klubunun 5 №-li futbolçusu Bek Nəsrullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43