Kateqoriyasız

“Rəvan” təlim-məşq toplanışına gedir

“Rəvan” “Avro-2016″nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədə təlim-məşq toplanışı keçirəcək.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, elitada iştirakı gec bəlli olduğu üçün yay fasiləsində hazırlıq keçmək üçün az zamanı olan paytaxt klubu çatışmazlıqları aradan qaldırmağı planlaşdırır. “Rəvan” bu məqsədlə təlim-məşq toplanışı üçün Zaqatalaya gedəcək.

“Rəvan” bu gün saat 19:00-da “Bayıl Arena”da I divizionda mübarizə aparacaq “Şərur”la yoxlama matçı keçirəcək. Sabah isə komanda Zaqatalaya gedəcək. Zaqatala Olimpiya Kompleksində məskunlaşacaq komanda sentyabrın 9-da Bakıya dönəcək.

Toplanış dönəmində 3 yoxlama matçı nəzərdə tutulub. Oyunların keçirilmə vaxtları və rəqiblərin kimliyi ən qısa zamanda bəlli olacaq. Emin Quliyevin komandasının Tiflisdə Gürcüstanın elita təmsilçilərindən biri ilə də qüvvəsini sınaması nəzərdə tutulub.

Qeyd edək ki, “Rəvan” Azərbaycan  Premyer Liqasının IV turunda “Neftçi”ni qəbul edəcək. Matç sentyabrın 13-də “Bayıl Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43