Kateqoriyasız

Əfran İsmayılovun 150-ci oyunu

Azərbaycan Premyer Liqasının III turu Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Əfran İsmayılov üçün yubileylə diqqət çəkib.

İdmanxeber.com-un PFL-in saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı yarımmüdafiəçi ölkə çempionatında 150-ci matçına çıxıb. AZAL-la səfər qarşılaşmasında 150-yə çatan futbolçu Premyer Liqada 2006/07 mövsümündə debüt edib. Həmin vaxt da “Qarabağ”ın formasını geyinən İsmayılov karyerası ərzində “Turan”, “Bakı”, “Xəzər Lənkəran” və “İnter”in də şərəfini qoruyub.

Qeyd edək ki, Əfran Premyer Liqada 150 oyunda 27 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43