Premyer Liqa

Azarkeşləri “Xəzər Lənkəran”ı ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Premyer Liqanın 3-cü turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının III turunun “Xəzər Lənkəran” – “Rəvan”  matçında “Rəvan” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 48-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun  futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının III turunun “Qəbələ” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan  Premyer Liqasının III turunun “Zirə” – “İnter” matçında “Zirə” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43