Ölkə futbolu

“Rəvan”dan cavab gəldi: “Biz bundan sonra PFL-ə müraciət etmişik”

Ölkə kubokunun 1/8 mərhələsi çərçivəsində “Qaradağ
Lökbatan” – “Rəvan” matçının birincilərin meydanında keçirilməsinin ləğvi ilə
bağlı sizə öncədən xəbər vermişdik.

Onu
da qeyd etmişdik ki, bu oyunun Lökbatanda meydanın pis vəziyyətdə olması
səbəbindən keçirilməsini istəməyən “Rəvan” tərəfi Lökbatan klubuna
qarşılaşmanın Bayıldakı stadionda keçirilməsi ilə bağlı müraciət etmiş,
“Qaradağ” isə buna “yox” demişdi.

Lakin əldə etdiyimiz məlumat elə “Rəvan”ın lehinə
oldu. “Sarı-qırmızılılar”ın mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov
idmanxeber.com-a verdiyi açıqlamada matçın keçiriləcəyi məkanın onlar
tərəfindən dəyişdirilmədiyini bildirib:

“Biz birtəfəli olaraq oyunun yerini
dəyişdirməmişik. “Qaradağ Lökbatan” tərəfinin razılığını almışıq və PFL-ə
müraciət etmişik ki, məlum səbəbdən yer dəyişdirilərək, matç “Bayıl Arena”da
keçirilsin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43