Premyer Liqa

“Rəvan”ın baş məşqçisi: “Bu gün hücum xətti güclü olan komandaya qarşı oynayırdıq”

Azərbaycan Premyer Liqası çərçivəsində "Rəvan" doğma meydanda "Xəzər Lənkəran"la qarşılaşdı. Oyundan sonra keçirilən mətbuat konfransında ev sahiblərinin baş məşqçisis Vladislav Qədirov qarşılaşma haqda bunları dedi:

"Bu gün hücum xətti güclü olan komandaya qarşı oynayırdıq. Futbolçularıma təşəkkür edirəm, xüsusiylə Pexaya. Çünki o zədəli olduğu halda ikinci hissədə yaxşı mübarizə apardı".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43