Ölkə futbolu

“Rəvan”ın kamerunlusu qayıtdı

Premyer Liqanın 21-ci turunda “Rəvan” “Sumqayıt”ın qonağı olacaq. “Aslanlar” bu oyuna hazırlığı davam etdirir.

“Bayıl Arena”da çalışan futbolçular gündə 1 dəfə olmaqla məşq edir. Baş məşqçi Güvənc Kurtarın rəhbərliyi altında keçən hazırlıqlarda komandanın bütün üzvləri iştirak edir. Düşərgədə zədəli futbolçu yoxdu. Mişel Balokoq isə cəzasını başa vurduğundan artıq “Sumqayıt”la qarşılaşmada meydana çıxa biləcək.

Qeyd edək ki, “Sumqayıt” – “Rəvan” oyunu fevralın 15-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun süni örtüklü meydançasında keçiriləcək. Matçın başlama saatı 16:00-dı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43