Kateqoriyasız

Reynaldo “Qarabağ”ı pis vəziyyətə qoydu

Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində səfərdə “Sumqayıt”a qalib gələn “Qarabağ” ciddi itki lə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisinin aparıcı futbolçusu Reynaldo “şəhərlilər”lə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Braziliyalı oyunçu mövsümdə 4-cü sarı vərəqəsini alaraq növbəti turda “İnter”lə keçiriləcək çətin qarşılaşmada “Qarabağ”a kömək edə bilməyəcək.

Qeyd edək ki, “Qarabağ”ın “İnter”lə oyunu aprelin 1-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43