Kateqoriyasız

“Bakı”nın problemi azalmaq bilmir

“Simurq”a böyükhesabla uduzan “Bakı” aparıcı üzvü Nurlan Novruzovu itirib.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb hücumçunun Zaqatala klubu ilə oyunda sarı vərəqə alaraq limiti doldurmasıdı. Premyer Liqanın və “Bakı”nın “bombardiri” “Neftçi” ilə çətin oyunda “zolaqlılar”a kömək edə bilməyəcək.

Qeyd edək ki, “Neftçi” – “Bakı” oyunu aprelin 1-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43