Ölkə futbolu

Reynaldo və Subotiç fərqi…

Topaz Premyer Liqasında dekabr, fevral və mart aylarının ən yaxşı futbolçuları və ən gözəl qolların müəllifləri müəyyən olunmuşdur. 

İdmanxeber.com-un məlumatına görə, dman KİV nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən “Qəbələ”nin futbolçusu Daniel Subotiç dekabrda, “Qarabağ”ın futbolçusu Reynaldo Silva isə fevral və mart aylarında Topaz Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.

Peşəkar Futbol Liqasının rəsmi saytında keçirilən sorğuların nəticələrinə əsasən ötən aylarda vurulmuş ən gözəl qollar isə aşağıdakılardır:

Dekabr – Con Oluremi (AZAL)

Fevral – Reylando Silva (Qarabağ)

Mart 2014 – Con Oluremi (AZAL)

“Fairmont Baku” mehmanxanasında keçirilmiş tədbirdə qaliblərə Peşəkar Futbol Liqasının hədiyyələri və Topaz-ın pul mükafatları təqdim olunmuşdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43