Kateqoriyasız

Riçard Almeyda: “Hakimi vurmaq üçün əllərim gicişirdi”

“Paltardəyişmə otağında ofsayd qərarı verən yan xətt hakimini gördüm. Onu vurmaq üçün əllərim gicişirdi. Lakin karyeramı korlamamaq və ciddi cəza almamaq üçün divara zərbə endirdim”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Riçard Almeyda deyib.

Braziliyalı futbolçu Avropa Liqasının qrup mərhələsinin son turunda “İnter”lə keçirilən oyunu şərh edərkən qeydə alınmayan qoluna belə münasibət bildirib:

“Paltardəyişmə otağında hər kəs əsəbi idi. Çünki bir nəfərin axmaq səhvi bütün əziyyətimizi heçə endirdi. Qələbəmiz oğurlandı. Hakim belə qərar verdi. Çünki “İnter” dünyanın nəhəng klublarından biridir. Kiçik komandaların böyük klublara qalib gəlməsinə icazə verilməyəcək. Həmin səhv olmasaydı, biz “Qarabağ” və Azərbaycan futbolunda tarix yazacaqdıq. Təəssüf ki, futbol belədir”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43