Dünya futbolu

Robbenin yerinə Cengiz Ünder

“Roma”nın gənc ulduzu Cengiz Önderi Avropanın bir çox böyük klublarının diqqət mərkəzinə düşüb. Bir həftə öncə “Tottenhem”in 32 milyon avroluq təklifini geri çevirən “Roma”nın qapısını bu səfər də “Bavariya” döyüb.

Almaniya mətbutanında yer alan xəbərlərə görə, Münxen təmsilçisi gələn ilin heyətini qurmağa indidən başlayıb. Mövsümün sonunda Robbenin də komandadan ayrılmasından sonra Almaniya nəhəngi yaranacaq boşluğu türkiyəli futbolçu ilə doldurmağa çalışır. Bunun üçün “Bavariya” klubunun “Roma”ya 45 milyon avro təklif edəcəyi də qeyd olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43