İdman

Robert Prosineçki İbrahim Şehiçi milliyə çağırdı

“Qarabağ”ın futbolçusu İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılıb.

İdmanxeber.com xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, yığmanın yeni baş məşqçisi Robert Prosineçki ABŞ-da keçiriləcək təlim-məşq toplanışı üçün 28 nəfərlik siyahıya 29 yaşlı qolkiperin adını da daxil edib.

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin yanvarın 28-i ABŞ-la, üç gün sonra isə Meksika ilə yoxlama oyunu keçirəcəyi gözlənilir.

Əlavə edək ki, millimizin sabiq çalışdırıcısı R.Prosineçki bu ay Bosniya və Herseqovina yığmasına baş məşqçi təyin edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43