İdman

Robert Prosineçki “Valensiya”da?

Millimizin baş məşqçisi Robert Prosineçki “Valensiya”nı çalışdıra bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Kicker” nəşri məlumat yayıb. Məlumata görə, İspaniya klubu xorvatiyalı mütəxəssisi baş məşqçi postuna gətirməyi düşünür. Prosineçkinin türkiyəli agenti Yaşar Çalışır ötən günlərin birində İspaniyaya yollanıb və klubun rəhbərliyi ilə görüşüb.

Qeyd edək ki, “Valensiya” La Liqanın turnir cədvəlində 32 oyundan sonra 40 xal toplayaraq 11-ci pillədə qərarlaşıb. “Yarasalar”ı hazırda Salvador Qonsales Marko çalışdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43