Dünya futbolu

Dibala “Barselona”ya qarşı oynamayacaq?

“Yuventus” ciddi itki ilə üzləşib.

A Seriyasının 32-ci turunda “Peskara” ilə səfərdə matçında Turin klubunun aparıcı üzvü Paulo Dibala zədələnib. Gənc futbolçu Salli Muntari ilə mübarizə zamanı xəsarət alıb və oyunu davam etdirə bilməyib. Bu səbəbdən də Argentina yığmasının üzvü 54-cü dəqiqədə Sturaro ilə əvəzlənib.

Onun Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Barselona”ya qarşı matçda oynamaycağı gözlənilir.

Qeyd edək ki,  “Barselona” – “Yuventus” matçı aprelin 19-u keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43