Ölkə futbolu

Roberto Bordin: “Bu cür futbolçularım olduğuna görə fəxr edirəm”

“Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 20-ci turun “Sumqayıt” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis komandamızın oyunundan tam razı qaldığını bildirib:

Komandamın oyunundan tam razı qalıdm. İlk dəqiqələrdən sonadək mübaizə apardılar, əzmkarlıq göstərdilər. Bu cür futbolçularımın olduğuna görə fəxr edirəm. Onları qələbə münasibətilə təbrik edirəm”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Buraxdığımız qolda Mamadu Mbodjla Səlahət Ağayev arasında anlaşılmazlıq baş verdi. Bu hər bir futbolçunun başına gələ bilər. Buna baxmayaraq, Mbodj özünü toparladı və lazımi anda vacib qol vurdu. Bu qol komandaya qələbə qazanması üçün motivasiya verdi. Deməzdim ki, turnir cədvlənin ilk pilləsində qərarlaşmağımız növbəti oyunlara hazırlaşmaqda bizə psixoloji təzyiq göstərə bilər. Bu gün qələbəni qeyd edəcəyik, sabahdan isə növbəti oyuna hazırlaşacağıq. Vaxt çox azdır, amma komandanı növbəti matçadək komplektləşdirməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43