Kateqoriyasız

“Roma” “Barselona”nın “qapısını döydü” – müdafiəçini istəyir

“Roma” klubu yeni mövsüm üçün hazırlıqlara start verib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu müdafiə xəttini gücləndirmək niyyətindədi.

“Fotball İtalia” nəşrinin iddiasına görə, “Roma” “Barselona”da top qovan Tomas Vermalenlə müqavilə imzalamaq niyyətindədi. İtalyanlar belçikalı müdafiəçini icarəyə götürmək istəyir. Saziş baş tutarsa, Vermalen İtaliyada ilinə 4 milyon avro qazanacaq. Bundan başqa romalılar 10 milyon avroya futbolçunu tam olaraq transfer edə biləcəklər

Qeyd edək ki, Vermalen Londonun “Arsenal” klubundan “Barselona”ya transfer olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43