“Roma” yayda komandadan ayrıla biləcək hücumçu Temmi Abraham üçün qiymət müəyyən edib.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu 25 yaşlı futbolçuya 45 milyon avro qiymət qoyub. Hücumçu ilə Premyer Liqa klubları “Aston Villa” və “Mançester Yunayted” maraqlanır.
Abrahamın “Roma” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. O, kluba 2021-ci ildə “Çelsi”dən qoşulub.
25 yaşlı ingiltərəli bu mövsüm A Seriyasında 32 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.