İdman

“Roma” PSJ-nin futbolçusunu transfer etdi

Raca Nainqqolanı 24 milyon avro+Davide Santon və Nikola Zalino qarşılığında “İnter”ə satan “Roma” axtardığı yarımmüdafiəçini tapıb.

İdmanxeber.com xəbər verir ki, “canavarlar” PSJ-dən Xaxyer Pastorenin transferini həll edib. 29 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanılıb. Bu transferdən PSJ 24 milyon avro qazanıb.

2011-ci ildən PSJ-də çıxış edən argentinalı futbolçu son mövsümdə 37 oyuna 5 qol vurub, 6 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43