“İlin son oyunu idi. Ümumilikdə ili komandam üçün uğurlu sayıram. Yaxşı nəticələr qazandıq. Hamınızı yeni il münasibətilə təbrik edirəm”.
İdmanxeber.com-un məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk AZAL-la kubok oyunundan (1:0) sonra deyib.
Ukraynalı mütəxəssis kubokun yarımfinalında “İnter”ə rəqin olmalarına münasibət bildirib: “Bu barədə danışmaq hələ tezdi. İstənilən komanda ilə oynamaq asan deyil. Yarımfinalda zəif rəqib olmur”.
R.Qriqorçuk qış transfer dönəmində heyətdə müəyyən dəyişiklik olacağını bilidirib: “Bunun üzərində işləyirik, ancaq konkret bir şey yoxdu. Komandada dəyişikliklər olacaq. Oyunçu tapmaqda çətinlik çəkirik”.