İdman

“Roma”nın futbolçusu qəzaya düşdü, axşamkı oyunu buraxır – FOTO

“Roma”nın futbolçusu Dieqo Perotti avtomobili ilə qəza törədib.

İdmanxeber.com-un məlumatına görə, hadisə futbolçu məşqdən qayıdarkən baş verib.

Argentinalı yarımmüdafiəçinin maşını əzilsə də, özü xəsarət almayıb.

Qeyd edək ki, zədəli olan Perotti bu gün İtaliya A Seriyasında SPAL-la keçiriləcək oyunda iştirak etməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43