İdman

“Roma”nın yeni transferi “Qarabağ”la görüşü buraxacaq

“Roma”nın yeni transferi “Qarabağ”la görüşü buraxacaq.

İdmanxeber.com-un məlumatına görə, söhbət cari mövsümün əvvəli “Samptoriya”dan “canavarlar”a keçən Patrik Şikdən gedir.Tibbi müayinə zamanı 21 yaşlı forvardın dizində zədə aşkar olunub. 15 güc yaşıl meydanlardan uzaq qalacaq olan çexiyalı oyunçu A seriyasında qarşılaşacaqları “Milan” və “Udineze” ilə görüşləri də buraxmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-i keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43