Dünya futbolu

Ronaldinyo karyerasını bitirmək istədiyi klubun adını açıqladı

Braziliyalı ulduz futbolçu Ronaldinyo karyerasının bitirmək istədiyi klubun adını açıqlayıb.

Hazırda ölkəsində “Atletiko Mineyro” klubunda top qovan Roni karyerasına Fransanın PSJ klubunda nöqtə qoymaq istədiyini bildirib.

“PSJ çox güclü komandadır. Gələcəyimlə bağlı planlarım olmasa da, karyeramı PSJ-də bitirmək istəyərdim”.

Xatırladaq ki, Ronaldinyo gənc yaşlarında sözügedən klubda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43