Dünya futbolu

Ronaldo 500-cü qolunu vurdu

Futbol üzrə Portuqaliya millisinin və “Real Madrid klubunun ulduzu Kriştiano Ronaldo klub karyerası ərzində 500-cü qolunu vurub.

İdmanxeber.com-un məlumatına görə, potuqaliyalı futbolçu bu nəticəyə Yaponiyada keçirilən klublararası dünya çempionatında imza atıb. Belə ki, yarışın yarımfinal mərhələsində Meksikanın “Amerika” klubu ilə qarşılaşmada 2:0 hesabı ilə qələbə qazanan İspaniyanın “Real Madrid” klubunun ikinci qolunu Ronaldo vurub. Bununla da “kral” klubunun hücumçusu yubiley qolunu rəsmiləşdirib.

Dörd dəfə “Qızıl top”u qazanmış Ronaldo klub karyerasında 377 dəfə Madrid təmsilçisinin heyətində, 118 dəfə “Mançester Yunayted” komandasında, 5 dəfə isə “Sportinq” klubunda rəqib qapılarına yol tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43