Dünya futbolu

“Ronaldo futbol tarixinin ən yaxşı oyunçusudur”

“Real”ın yarımmüdafiəçisi Toni
Kroos hazırda Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edən keçmiş komanda yoldaşı Kriştiano Ronaldo haqda fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı futbolçu portuqaliyalı oyunçu barədə bunları deyib:

“Ronaldo ilə birlikdə oynamaq heyrətamiz idi. O, futbol tarixinin ən yaxşı oyunçusudur. Onunla birlikdə möhtəm illər keçirmişik”. 

Bu mövsüm portuqaliyalı bütün turnirlərdə 11 matçda 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

Səudiyyə Ərəbistanı çempionatının doqquz turundan sonra “Əl-Nəsr” 19 xalla 3-cü yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43