Dünyadan

Ronaldo yenə oynamayacaq

“Real”ın futbolçusu Kriştiano Ronaldo İspaniya kubokununun 1/8 finalında “Sevilya” ilə cavab oyununu buraxacaq.

Portuqaliyalı hücumçunun adı sözügedən görüş üçün iştirak ərizəsinə daxil edilməyib. Komandanın baş məşqçisi Zinəddin Zidan bu dəfə də K.Ronaldoya istirahət verib.

Qeyd edək ki, K.Ronaldo eyni səbəbdən “Sevilya” ilə ilk oyunu da buraxmışdı.

Əlavə edək ki, “Sevilya” – “Real” görüşü yanvarın 13-ü keçiləcək. Bu komandalar arasında ilk matçda Madrid klubu 3:0 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43