Dünya futbolu

Ronaldodan ərəb futbolçuya: “Oynamaq istəmirsən”

“Əl Nəsr”in futbolçusu Kristiano Ronaldo “Əl Feyih”lə görüşdən sonra rəqib oyunçu ilə dalaşıb.

İdmanxeber.az-ın məlumatına görə, qolsuz bərabərliklə sona çatan görüşün ardından ulduz oyunçu əsəblərini cilovlaya bilməyib. O, rəqib yarımmüdafiəçisi Əli Zakanın tez-tez yıxılmasına təpki göstərərək “oynamaq istəmirsən” deyib.

Bunun ardından meydanda futbolçular arasında gərginlik yaşanıb. Daha sonra Ronaldo meydanı tərk edib.

Kristiano cari mövsdüm Səudiyyə Ərəbistanı çempionatında Ronaldo 10 oyunda 11 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43