Dünya futbolu

Ronaldodan gözlənilməz hərəkət – FOTO

Ötən gün Çempionlar Liqasında keçirilən “Qalatasaray” – “Real” matçında (1:6) Madrid təmsilçisi futbolçusu Kriştiano Ronaldo vurduğu qolları maraqlı şəkildə qeyd edib.

Belə ki, ulduz futbolçu vurduğu qoldan sonra topu formasının altına salması diqqətdən yayınmayıb.

Ronaldonun sosial şəbəkədə səhifəsində qeyd olunub ki, futbolçu yaxın zamanlarda dayı olacaq.

Portuqaliyalı yarımmüdafiəçinin qardaşı qızı Alişa Aveyru isə bu günlərdə öz “Twitter” hesabında qardaşının dünyaya gəlməsi haqda yazıb:

“Çox xoşbəxtəm, dünən axşam mənim balaca qardaşım dünyaya gəlib, bir az vaxtından əvvəl, amma mən güman edirəm ki, hər şey yaxşı olacaq”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43