Ölkə futbolu

Mişel Platini Bakıya gəlir

UEFA-nın prezidenti Mişel Platini sentyabrın 21-də ölkəmizə səfərə gələcək.

Səfər çərçivəsində Avropa Futbol Qurumunun rəhbəri AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində və bir sıra görüşlərdə iştirak edəcək.

Qeyd edək ki, AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi  UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, Xorvatiyanın Dubrovnik şəhərində sentyabrın 20-də keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında “Avro-2020″nin oyunlarını qəbul edəcək namizəd şəhərlərin siyahısı təsdiqlənəcək.

Əlavə edək ki, AFFA tərəfindən bu məqsəd üçün Bakı şəhərinin namizədliyi də irəli sürülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43