Dünyadan

Ronaldonun fanatları UEFA prezidentinin evini topa tutdular – VİDEO

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldonun portuqaliyalı fanatları UEFA prezidentinin Paris ətrafındakı evinin qarşısında “Let’s Kick Platini Out!” (“Gəlin, Platinini qovaq!”) adlı aksiya keçiriblər.

“Marca”nın verdiyi xəbərə görə, onlar bunu qitə futbol qurumunun rəhbərinin Manuel Noyeri “Qızıl top”a daha layiqli namizəd saydığına görə ediblər.

Tərəfdarlar evə 61 top vurublar. Ronaldo 2014-cü ildə məhz bu sayda qol vurub. Hər bir topun üzərində futbolçunun hansı rəqibə neçənci dəqiqədə qol vurduğu qeyd edilib.

Sözügedən azarkeşlər oxşar aksiyanı ötən il də təşkil etmişdilər. Onlar “Barselona”nın ev oyunlarını keçirdiyi “Nou Kamp”ın ətrafında portuqaliyalıya dəstək nümayiş etdirmişdilər. Həmin vaxt Ronaldonun əsas rəqibi “Barselona”nın forvardı Lionel Messi idi.

“Qızıl top” mükafatının təqdimat mərasimi yanvarın 12-də keçiriləcək. Mükafat uğrunda Kriştiano Ronaldo, Manuel Noyer və Lionel Messi mübarizə aparır. 

dsport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43