19 Sentyabr 2024
Ölkə futbolu

Rövnəq Abdullayevin səhhətində problem yarandı, Gəncə səfəri təxirə salındı

Yanvarın 11-də Gəncədə keçirilməli olan AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb. 

AFFA-nın mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, qurum.başçısı Rövnəq Abdullayevin səhhətində yaranan problem səbəbindən səfər qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, bu səfər çərçivəsində həm də “Kəpəz” Futbol Akademiyasının açılışı da nəzərdə tutulmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43