Kateqoriyasız

Rövnəq Abdullayev yığmamızla görüşdü

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirində Şotlandiya komandasına 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və gənclər və idman naziri Azad Rəhimov paltardəyişmə otağında yığmamızın üzvləri ilə görüşüb.
 
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, R.Abdullayev və A.Rəhimov qələbə münasibətilə futbolçularımızı təbrik edib, ilk oyundakı böyükhesablı məğlubiyyətdən sonra özündə güc taparaq əzmkar mübarizə aparan, psixloji çətinliklərin öhdəsindən uğurla gələrək növbəti oyunlarda bir heç-heçə və bir qələbə əldə edən yığmamıza təşəkkür edib, gələcək turnirlərdə uğurlar arzulayıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43