Ölkə futbolu

Rövnəq Abdullayevin istəyi ilə “Kəpəz” Premyer Liqaya qaytarılır

Azərbaycan Premyer Liqasında komandaların sayı 10-dan 12-yə artırılacaq.

İdmanxeber.com-un məlumatına görə, İcraiyyə Komitəsinin dünənki iclasında bu müzakirə olunsa da qərar qəbul edilməmişdi. Lakin bu qərarın növbəti iclasda qəbul olunacağı gözlənilir. Belə ki, Birinci divizionun lideri “Araz-Naxçıvan” liderliyini son tura kimi daşısa Premyer Liqaya yüksələcək. Bundan əlavə isə Gəncənin “Kəpəz” klubu əsas çempionata vəsiqə qazancaq ikinci komanda olacaq. 

Bu istək AFFA prezidenti Rövnəq Abdullyevə məxsusdu. Yəni, qurum başçısı Gəncə klubunun çempionatda oynaması üçün təklif irəli sürüb və bu yaxın zamanlarda gerçəkləşəcək. 

Əldə etdiyimiz məlumata görə, “Kəpəz” əvvəlki kimi öz gücünə yox, AFFA tərəfindən maliyyələşəcək və klub “Sumqayıt” komandası kimi gənclərdən qurulacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43