Kateqoriyasız

“Rudar”ın baş məşqçisi: “Qarabağ” “Neftçi”dən daha güclüdür”

"Bilirik ki sabahkı oyun bizim üçün çətin olacaq. "Qarabağ"ın Avroliqadakı oyunlarını da izləmişik."

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq olan "Rudar"ın baş məşqçisi Mirko Mariç deyib:

"Biz "Qarabağ" komandasına hörmət edirik. Ancaq sabahkı matçda qalib gəlməyə çalışacağıq. Hansı nəticə olacaq buna sabah aydınlıq gələcək. "Qarabağ" "Neftçi"dən daha güclüdür. "Neftçi"nin "Mladost"la oyununu izıədim və deyə bilərəm ki "Qarabağ" daha güclüdür."


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43