Kateqoriyasız

Ruminyalı futbolçu “Qəbələ”dən ayrıldı

2013-cü ildə  "Qəbələ"yə transfer olunan ruminiyalı Kristian Pulhakla komandadan ayrıldığını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Ruminiya mətbuatına danışan futbolçu bu sözləri deyib:

 “Qəbələ” ilə müqaviləm bu ilin dekabrında başa çatacaqdı. Lakin mən müqavilənin pozulmasına və vətənə qayıtmağa üstünlük verdim. Belə daha yaxşıdır. Hazırda bir neçə təklif almışam. Onları götür-qoy edirəm. “Dinamo”ya qayıdışıma gəlincə, indi orada hər şey fərqlidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43