Dünyadan

Rus futbolçu millimizdən çəkinir: “Bakıda qalib gələcəyimizə məndə heç bir əminlik yoxdur”

Rusiya millisinin futbolçusu Artum Dzyuba 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibləri olan millimizdən çəkinir.

“Rostov”da çıxış edən hücumçu səfərdə Azərbaycana qalib gələcəklərinə inanmır:

“Bəli, 2 dəfə Lüksemburqa, evdə İsrail yığmasına qalib gələrik. Bəs Azərbaycanla Bakıdakı oyun? Məsələn, məndə heç əminlik yoxdur ki, biz orda qalib gələcəyik…Bax onda Belfastdakı matç tam proqramı ilə əks-sədasını verəcək”. 

Qeyd edək ki, oyun oktyabrın 15-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43