Kateqoriyasız

“Xəzər Lənkəran”la oyun öncəsi “Qarabağ” sevindirici xəbər aldı

Sabah Premyer Liqanın III turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaq “Qarabağ” Rəşad Sadıqovun xidmətindən istifadə edə biləcək.

Bu barədə İdmanxeber.com-a Ağdam klubunun kapitanı məlumat verib. Sadıqov sabahkı oyunda komandasına kömək edə biləcəyini bildirib.

Xatırladaq ki, zədəsi olan Rəşad Sadıqov Malta ilə oyunun ikinci hissəsində meydana çıxmış və yenidən zədəsini yeniləmişdi.

Qeyd edək ki, “Qarabağ” – “Xəzər Lənkəran” oyunu sabah saat 20:00-da, “Bakcell Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43