İdman

Rusiya kubokunun sahibi Avroliqada iştirak etmək istəmir?

Rusiyanın “Tosno” klubu Avropa Liqasında iştirak etməyə bilər.

İdmanxeber.com-un məlumatına görə, klub rəhbərliyi maliyyə problemləri ucbatından turnirdə iştirak üçün UEFA-ya vaxtında müraciət etməyib. 

Leninqrad təmsilçisinin baş direktoru Vyaçeslav Matyuşenko avrokuboklara lisenziya üçün hər şeyi etməyə hazır olduqlarını söyləyib: “Biz lisenziyalaşdırma prosesini keçməyə hazırıq. Komandada əvvəl maliyyə problemləri var idi. Ona görə vaxtında müraciət edə bilmədik. Mümkün olan hər bir şeyi etməyə çalışacağıq”.

Qeyd edək ki, “Tosno” Rusiya kubokunun finalında “Avanqard”ı 2:1 hesabı ilə məğlub edərək Avropa Liqasında iştirak etməyə haqq qazanıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43